İrana dondurulmuş aktivlərinin 7 milyard dollarından istifadə etməsinə icazə verildi



 17:05 27.04.2023     325

Cənubi Koreya banklarında dondurulmuş İran aktivlərinin 7 milyard dollarının Tehran tərəfindən "humanitar yardım" üçün istifadəsinə icazə verilib.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının adını açıqlamayan sözçüsü deyib ki, İran Cənubi Koreya banklarındakı dondurulmuş 7 milyard dollarlıq aktivlərindən humanitar yardım almaq üçün istifadə edə bilər.

Bu açıqlamanın Cənubi Koreya prezidenti Yun Suk-Yeolun Vaşinqtona səfəri zamanı verilməsi diqqət çəkib. Həmçinin, İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nournews” portalı xəbər verir ki, Tehran və Vaşinqton İranın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı razılığa gəliblər.

Bahadur Seyidov