Peru sərhədlərində fövqəladə vəziyyət elan edildi



 17:28 27.04.2023     289

Peru qeyri-qanuni miqrant axını ilə mübarizə çərçivəsində öz sərhədlərində fövqəladə vəziyyət elan edib.

Demedia.az xəbər verir ki, bu barədə Peru prezidenti Dina Boluarte açıqlama verib. O bildirib ki, son vaxtlar ölkəyə qeyri-qanuni daxil olan miqrantların sayı artıb. Onun sözlərinə görə, qeyri-qanuni keçidlərə nəzarət etmək üçün sərhədlərdə fövqəladə vəziyyət elan edilib.

Bildirilib ki, hərbi birləşmələr Çili, Boliviya, Braziliya, Ekvador və Kolumbiya sərhədlərində yerləşdiriləcək. Bu qərarı təhlükəsizlik məqsədi ilə aldıqlarını ifadə edən Boluartenin sözlərinə görə, əcnəbilər arasında soyğun hadisələri də artıb.

Bahadur Seyidov