Braziliyada teleqrama müvəqqəti qadağa qoyuldu
Braziliyada teleqrama müvəqqəti qadağa qoyulub.
Demedia.az xəbər verir ki, bu barədə Braziliyanın federal məhkəməsi qərar verib. Bildirilib ki, teleqram neonasist qruplarının administratorları haqqında məlumatı polislə bölüşməkdən imtina etdiyinə görə belə qərar verilib. Braziliya Kəşfiyyat İdarəsinin bəyanatına görə, “Google”, “Apple” və dörd Braziliya telekommunikasiya şirkətinə telegramı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib.
Məlumata görə, telegram məlumatları təqdim etməkdən imtina etdiyi müddətdə hər gün 198 min dollar cərimələnəcək.
Bahadur Seyidov