Rusiya Ukrayna ordusunun hədəflərini raketlərlə vurdu



 17:23 27.04.2023     301

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, dənizdən atılan uzaqmənzilli raketlərlə Ukrayna hərbi birləşmələrinin yerləşdiyi hədəflər vurulub.

Demedia.az xəbər verir ki, o bildirib ki, hücumlar zamanı yüksək dəqiqlikli uzaqmənzilli raketlərdən istifadə edilib. Hücumlar zamanı Ukrayna ordusunun ehtiyat hissələrinin yerləşdiyi obyektlər hədəfə alınıb. İqor Konaşenkovun sözlərinə görə, hücumlar uğurla icra edilib və müəyyən edilmiş bütün obyektlər vurulub.

Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadaları bölmələrinin münaqişə bölgəsində irəliləməsinə icazə verilməyib.

Bahadur Seyidov