Şagird ov tüfəngi ilə məktəbə hücum etdi - ŞOK GÖRÜNTÜLƏR



 23:48 27.04.2023     822

Türkiyədə Şanlıurfada məktəb rəhbərliyi ilə mübahisə edən şagird ov tüfəngi ilə məktəbə hücum edib, 3 nəfəri yaralayıb.

Demedia.az xəbər verir ki, hücum anı mobil telefonla lentə alınıb.

Əldə edilən məlumata görə, hadisə Şanlıurfanın Haliliye mahalının Ulubağ rayonunda yerləşən özəl Cezeri Akademiya və Texnologiya Kollecində baş verib. İddialara görə, rəhbərliklə mübahisə edən şagird ov tüfəngini götürərək məktəbə basqın edib.

Tələbə, müdir müavini Suat A., mühafizəçi və giriş qapısı qarşısında təsadüfi atəş açan bir şagird bir şagirdi yaralayıb. Yaralılar xəstəxanaya aparılarkən, nəzarətə alınan tələbə polis bölməsinə aparılıb. İşin istintaqı davam etdirilir.

Aysun / Demedia.az