“Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, ağır cavab alacaq”



 14:58 28.04.2023     360

“Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, ağır cavab alacaq”.

Demedia.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk-yool belə açıqlama verib. O ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşü zamanı bildirib ki, Şimali Koreya nüvə silahından istifadə edərsə, Cənubi Koreya-ABŞ ittifaqından və Cənubi Koreya Silahlı Qüvvələrindən, o cümlədən ABŞ-ın nüvə potensialından sarsıdıcı cavab alacaq.

Şimali Koreyanın bərk yanacaqla işləyən ballistik raket sınaqlarını və digər təxribatlarını xatırladan Yoon deyib ki, Pxenyan rejimi ABŞ və Cənubi Koreyaya təzyiq göstərmək və ittifaqı parçalamaq üçün müxtəlif təxribatlara əl ata bilər. Yoon Yaponiya ABŞ və Cənubi Koreya arasında təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirəcəklərini bildirib.

Bahadur Seyidov