BMT "Taliban"a çağırış etdi



 15:14 28.04.2023     343

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Əfqanıstanda “Taliban” administrasiyasının BMT-nin qadın əməkdaşlarına tətbiq etdiyi qadağanı pisləyən qətnamə qəbul edib.

Demedia.az xəbər verir ki, qanun layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilib. Qətnamədə deyilir ki, “Taliban” administrasiyası qadınlara qoyulan qadağaları tez bir zamanda ləğv etməlidir. Qətnamədə “Taliban” rəhbərliyinin qadınların BMT-də işləməsini qadağan edən qərarı pislənilib. Sənəddə qadınların Əfqanıstan cəmiyyətində mühüm rolu vurğulanıb.

BMT “Taliban”ı qadınların təhsilini, məşğulluğunu, hərəkət azadlığını və ictimai həyatda bərabər iştirakını bərpa etməyə çağırıb.

Bahadur Seyidov