Sudanda yeni atəşkəs təklifi



 15:24 28.04.2023     356

Sudanda ordu ilə mübarizə aparan Çevik Dəstək Qüvvələri yeni atəşkəs təklifini qəbul etdiklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, Çevik Dəstək Qüvvələrinin komandanlığı qeyd edib ki, qardaş və dost ölkələrin vətəndaşları üçün təhlükəsiz humanitar dəhlizlərin açılması və təxliyyələrin asanlaşdırılması məqsədilə humanitar atəşkəsin qorunması istiqamətində göstərdiyi səyləri alqışlayır. Çevik Dəstək Qüvvələri ABŞ və Səudiyyə Ərəbistanına ölkədə böhranın həlli üçün göstərdikləri fasiləsiz səylərə görə təşəkkür edib.

Komandanlıq humanitar atəşkəsin daha 72 saat uzadılması təklifini dəstəklədiklərini bildirib. Qeyd edək ki, bundan əvvəl Sudanda 72 saatlıq atəşkəs tətbiq edilmişdi.

Bahadur Seyidov