Pakistanın baş naziri üçün parlamentdə etimad səsverməsi keçirildi



 15:42 28.04.2023     410

Pakistanın baş naziri Şahbaz Şərif üçün parlamentdə etimad səsverməsi keçirilib.

Demedia.az xəbər verir ki, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardarinin təqdim etdiyi etimadsızlıq təklifi parlamentin aşağı palatası olan Milli Assambleyanın 180 üzvü tərəfindən qəbul edilib və  Şahbaz Şərif üçün Milli Assambleyada etimad səsverməsi keçirilib. Deputalar Şahbaz Şərifə etimad göstərdiklərini bildiriblər.

Qeyd edək ki, etimad səsverməsi Milli Assambleyanın Pakistan Seçki Komissiyasının maliyyələşdirilməsi üçün gəlirlərin artırılması ilə bağlı hökumət tərəfindən hazırlanmış qanun layihəsini rədd etdikdən sonra baş tutub.

Bahadur Seyidov