Misir sudanlı qaçqınları qəbul edir



 15:58 28.04.2023     563

Misir rəhbərliyi Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmaların başladığı 15 apreldən bəri təxminən 16 min Sudanlı və xarici vətəndaşın ölkəyə daxil olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd yazılı açıqlamasında qeyd edib ki, qarşıdurmalardan qaçan sudanlı və xarici vətəndaşların ölkəyə daxil olması üçün lazımi şərait yaradılır. Əbu Zeydin sözlərinə görə, qarşıdurma başlayandan bəri Sudandan Misirə 14 min sudanlı və 2 min xarici ölkə vətəndaşı daxil olub.

Onun sözlərinə görə, Misir səfirliyi ilə koordinasiya təmin etmək şərti ilə sudanlıların ölkəyə girişi daha da asanlaşdıracaq.

Bahadur Seyidov