BMT-də Suriya ilə bağlı iclas keçirilib



 16:04 28.04.2023     330

"Suriya ilə bağlı xüsusən də bölgəyə yenidən artan maraq nəticəsində mühüm nöqtəyə çatdıq. Bu, problemin siyasi yolla həllini tapmaq üçün səylərimizə kömək edə bilər".

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen belə açıqlama verib. Pedersen BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı keçirilən sessiyada ölkədə baş verən hadisələrlə bağlı üzv dövlətləri məlumatlandırıb. O bildirib ki, irəliləyiş üçün tərəflər konkret addımlar atmalıdır.

BMT-nin və ya hər hansı bir aktorun Suriyada təkbaşına siyasi həll təmin edə bilməyəcəyini deyən Pedersen bəyan edib ki,  Suriyada problemlərin həlli üçün bütün tərəflər bir araya gəlməlidir. 

Bahadur Seyidov