ABŞ Ukraynaya F-16 versə, Rusiya hava bazalarını bombalayacaq - “Business İnsider



 15:29 28.04.2023     290

ABŞ Kiyevə F-16 qırıcı təyyarələri göndərmək qərarına gəlsə, Rusiya F-16-lar gələnə qədər Ukraynadakı hava bazalarını məhv edəcək.

Demedia.az xəbər verir ki, bu barədə “Business İnsider”in nüfuzlu müxbiri Maykl Pek deyib. O bildirib ki, Ukraynada köhnə, sovet tipli uçuş-enmə zolaqlarının F-16-lar üçün risk yaratmayacaq şəkildə hazırlanması üçün görüləcək çox iş var. Maykl Pek Ukraynadakı bir çox hava bazalarının F-16 üçün çox qısa olduğunu qeyd edib.

“Ukrayna uçuş-enmə zolaqlarını təmir edəcək və bəlkə də genişləndirə biləcək. Ancaq bütün bunlar Rusiya peykləri tərəfindən müşahidə edilir. Ukraynanın bütün hava bazaları tamamilə Rusiyanın ballistik və qanadlı raketlərinin əhatə dairəsindədir. Lakin bu bazalar Ukraynanın Hərbi Hava Qüvvələri ciddi təhlükə törətmədiyi üçün vurulmayıb” - Maykl Pek deyib.

Bahadur Seyidov