“Rusiya və Türkiyə taxıl sazişinin icrası ilə bağlı məsələlər üzərində işləyir”



 16:43 28.04.2023     336

“Rusiya və Türkiyə taxıl sazişinin icrası ilə bağlı məsələlər üzərində işləməyə davam edəcək”.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə deyib. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı telefon danışığı zamanı Rusiya-Ukrayna böhranı və taxıl sazişi ilə bağlı işlər müzakirə edilib. Peskovun sözlərinə görə, müzakirə zamanı Prezident Ərdoğan yeni təşəbbüslər üzərində işlər görülə biləcəyini qeyd edib. Moskvanın bu təklifə necə cavab verdiyi sualına isə Peskov, "İşlər davam edəcək" cavabını verib.

Peskov hazırda Putin-Ərdoğan görüşünə hazırlıq olmadığını, belə bir görüşün mümkünlüyü ilə bağlı təmasların olduğunu qeyd edib.

Bahadur Seyidov