Uşağınız nə qədər yesədə kökəlmirsə MÜTLƏQ BAXIN! - Video



 15:03 28.04.2023     819

Məktəbəqədər və məktəb dövrü intensiv boy artımı, skeletin və əzələlərin böyüməsi ilə müşayiət olunan dövrdür.

Orqanizmin inkişafı əsasən həmin yaşlardan başlayır. Uşaqların düzgün qidalanması bu prosesdə böyük əhəmiyyət daşıyır. Normal yuxu və balanslaşdırılmış şəkildə qidalanma uşaqların inkişafına müsbət təsir göstərir. Günə səhər yeməyi ilə başlamaq ilkin şərtlərdən biridir. Həmin dövrdə uşaq orqanizmində aktiv inkişaf gedir, ona görə uşaqların yaşına və orqanizmin tələbatına uyğun qida rejimi təşkil edilməsi tövsiyə olunur.

Pediatr Günay Rəsulova uşaqların yeyib-yeyib kilo almırsa bu zaman nə etmək lazım olduğu barədə videoda ətraflı məlumat verir.

Dr. Günay Rəsulova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük.

Aysun Həsənova / DEMEDİA.AZ