Onlar unudulmayacaq!



 16:16 28.04.2023     104

Vətən yolunda canlarından keçən qəhərmanlarımız unudulmur. Onların ərazi bütövlüyümüzün bərpası naminə canlarından keçməsi və bu yolda xüsusi qəhrəmanlıqlar göstərməsi hər zaman xalqımızın yaddaşında yaşayacaq.

EL.TV Kürdəmirdə belə igidlərimizdən biri, şəhid baş gizir Nahid Sovqat oğlu Mikayılovun əziz xatirəsiylə bağlı xəbər yayıb. Anım tədbirində rayon ictimayyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər. 

Ermənistan silahlı qüvvələri keçmiş cəbhə xətti boyunca genişmiqyaslı təxribat törətməyə başladıqda xalqımızın igid oğulları kimi o da öndə gedib. Düşmənə nifrət hissi ilə böyüyən baş gizir Nahid Mikayılov son damla qanına kimi ön xəttə döyüşüb. Onun son döyüşü Cəbhənin Ağdam istiqamətində olub. Yaralanıb, amma həkimlərin səyinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb. Baş gizir Nahid Sovqat oğlu Mikayılov şəhadətə yüksəlib. Şəhidimizin ailəsində indi üç oğul böyüyür. Nicat, Rinat və Nahid onun yadigarlarıdır. Şəhid Nahid Sovqat oğlu Mikayılov ölümündən sonra ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda” və ”Ağdamın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.