Gecələr hamı yatanda təmizlik edirəm - David Beckham



 20:29 28.04.2023     444

Uğurlu karyerası və xoşbəxt evliliyi ilə bütün dünyanın yaxşı tanıdığı adlardan biri olan keçmiş futbolçu Devid Bekhem, futboldan sonrakı həyatına toxunacaq sənədli filmində Obsesif Kompulsif Bozukluğu (OKB) ilə mübarizəsindən danışıb.

Demedia.az xəbər verir ki, daha əvvəl bu mövzuda danışan məşhur adın açıqlamaları diqqət çəkib.

Dünyaca məşhur keçmiş ingilis futbolçu Devid Bekhem rəqəmsal platformada yayımlanacaq və futboldan sonrakı həyatına diqqət yetirəcək sənədli filmindən yayımlanan görüntülərdə Obsesif Kompulsif Bozukluğu (OKB) ilə mübarizəsini açıqlayıb.

Daha əvvəl hər şeyi düz xəttlərdə və ya cüt-cüt saxladığını etiraf edən 47 yaşlı Bekhem, ailəsi yatdıqdan sonra saatlarla təmizlik və nizam-intizamla məşğul olduğunu izah etdi.

Sənədli filmdən yayımlanan yeni görüntülərdə; David bunun onu hər gün istifadə etdiyi şamları təmizləməyə məcbur etdiyini və hətta 1999-cu ildə evləndiyi həyat yoldaşı 49 yaşlı Viktoriya Bekhemi mətbəxdə duz buraxdığına görə danladığını söylədi.

Məşhur ad mövzu ilə bağlı belə danışıb:

Mən çox yaxşı təmizləyirəm, amma düzünü desəm, bunun həyat yoldaşım tərəfindən qiymətləndirildiyinə əmin deyiləm. Gecə hamı yuxuda olanda şamları və ətrafı təmizləyirəm, işıqları düzgün şəraitdə yandırıram və hər şeyin səliqə-sahmanda olduğundan əmin oluram.

Aysun / Demedia.az