Rusiya Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirdi



 14:28 01.05.2023     328

Rusiya paytaxt Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirib.

Demedia.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial media hesabında yazıb. Hücumların Tu-95 strateji təyyarələri ilə həyata keçirildiyini bildirən Popko qeyd edib ki, paytaxtda hava hücumu xəbərdarlığı təxminən 3 saat davam edib. Ruslar qanadlı raketlər və PUA-larla eyni anda hücuma keçib. Popko Kiyev hava məkanında bütün Rusiya raketlərinin və PUA-ların müdafiə sistemləri tərəfindən məhv edildiyini, mülki şəxslər arasında itkilərin qeydə alınmadığını deyib.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnının sözlərinə görə, ruslar Ukraynaya ümumilikdə 18 qanadlı raket atıb. Onlardan 15-nin Ukrayna qüvvələri tərəfindən məhv edildiyini bildirib.

Bahadur Seyidov