Özbəkistanda konstitusiya dəyişikliyi barədə referendum keçirildi



 14:12 01.05.2023     320

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamhocayev mətbuat konfransında bildirib ki, ötən gün keçirilən konstitusiya dəyişikliyi ilə bağlı referendumda səslərin hesablanması başa çatıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, hesablamalara görə, seçkidə 16 milyon 673 min 189 seçici səs verib. Bu da ümumi qeydə alınmış seçicilərin 84,54 faizini təşkil edir. "Özbəkistan Konstitusiyası Qanununu qəbul edirsinizmi?" sualına seçicilərin 90,21 faizinin “Bəli” cavabını verdiyini deyən komissiya sədrinin sözlərinə görə, 9,35 faizi isə “Xeyr” cavabını verib. Səslərin 0,44 faizi etibarsız hesab edilib.

Nizamhocayen bildirib ki, seçicilərin ümumi sayının yarıdan çoxunun qanuna uyğun olaraq səsvermədə iştirak etməsi səbəbindən konstitusiya dəyişikliyi barədə referendum baş tutmuş sayılır.

Bahadur Seyidov