Paraqvayda prezident seçkilərinin qalibi hakim partiyanın namizədi oldu



 15:39 01.05.2023     310

Cənubi Amerika ölkəsi Paraqvayda prezident seçkilərinin qalibi hakim partiyanın namizədi, keçmiş iqtisadiyyat naziri Santyaqo Penya olub.

Demedia.az xəbər verir ki, bu barədə seçki komissiyası açıqlama verib. Bildirilib ki, səslərin 96 faizi artıq hesablanıb. Hakim Kolorado Partiyasının namizədi Pena 43,15 faiz səslə prezidentlik yarışında qalib gəlib. Solçu koalisiyanın namizədi Efrain Aleqre 27,51 faiz səs toplayıb, sağçı populist namizəd Paraqvay Kuba isə 21,62 faiz səslə seçki yarışında üçüncü olub. Senatda böyük səs çoxluğu qazanan Penanın 17 qubernatorluqdan 14-də uğur qazandığı bildirilir.

Pena paytaxt Asunsionda zəfər nitqində tərəfdarlarına xitab edərək xalqı birliyə çağırıb. Hazırkı prezident Mario Abdo Benites açıqlamasında seçkilərdə iştirak edən xalqı təbrik edib.

Bahadur Seyidov