Sudan atəşkəs daha 72 saat uzadıldı
Sudan Ordusu və Çevik Dəstək Qüvvələri humanitar atəşkəsi daha 72 saat uzatdıqlarını açıqlayıb.
Demedia.az xəbər verir ki, Çevik Dəstək Qüvvələrinin açıqlamasına görə, humanitar dəhlizlərin açılması, vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, ehtiyaclarının ödənilməsi və təhlükəsiz yerlərə çatmalarının təmin edilməsi məqsədilə humanitar atəşkəs daha 3 gün daha uzadılıb. Ordu da açıqlamasında Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri ilə atəşkəsi daha 72 saat uzatmağa qərar verdiklərini açıqlayıblar.
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında bundan əvvəl 3 gün atəşkəs elan edilməsinə baxmayaraq, paytaxt Xartumun müxtəlif nöqtələrində qarşıdurmalar davam edir. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edib.
Bahadur Seyidov