ABŞ Çinə etiraz etdi



 16:15 01.05.2023     317

ABŞ və Çin arasındakı gərginlik bu dəfə Filippinlə bağlı özünü göstərib.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Çin Sahil Mühafizəsi Komandanlığına məxsus gəminin Cənubi Çin dənizində mübahisəli qayalığa doğru üzən Filippinə məxsus patrul gəmisinin qarşısını kəsməsinə münasibət bildirib. Bildirilib ki, ABŞ bu məsələdə Filippinin tərəfindədir. Dövlət Departamentinin açıqlamasında görə, ABŞ Çinin Sahil Mühafizəsinin Filippin gəmilərinə qarşı davam edən təqib və təzyiqləri qarşısında Filippinin yanındadır.

Açıqlamada deyilir ki, ABŞ Filippinin müstəsna iqtisadi zonasında həyata keçirdiyi patrul xidmətlərini yaxından izləyir. ABŞ Pekini təxribatçı və təhlükəli davranışından əl çəkməyə çağırıb.

Bahadur Seyidov