ABŞ və Cənubi Koreya arasındakı ittifaq birgə dəyərlərə əsaslanır - Bayden



 17:15 01.05.2023     308

“ABŞ və Cənubi Koreya arasındakı ittifaq demokratiya, təhlükəsizlik və hər şeydən əvvəl azadlıq kimi ortaq inanclara əsaslanır”.

Demedia.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden belə açıqlama verib. O, sosial media hesabındakı paylaşımda bilidirib ki, Cənubi Koreya əvəzinə Koreya Respublikası ifadəsinə üstünlük verir. Son 70 ildə müttəfiqliklərinin gücləndiyini və imkanlarının artdığını qeyd edən Bayden ABŞ və Cənubi Koreya xalqları arasında əməkdaşlığın və tərəfdaşlığın bütün sahələrdə dərinləşdiyini və inkişaf etdiyini vurğulayıb.

“Biz güclü müttəfiqliyimizi, gələcəyimizə dair ümumi baxışımızı və Koreya Respublikası ilə ABŞ-ı birləşdirən dərin dostluğu qeyd edirik” - Co Bayden qeyd edib.

Bahadur Seyidov