Böyük Britaniya 1888 vətəndaşını Sudandan təxliyə etdi



 16:45 01.05.2023     305

Böyük Britaniya 1888 vətəndaşını Sudandan təxliyə edib.

Demedia.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, növbəti təxliyə təyyarəsi Vadi Səidna hava bazasından havaya qalxıb. Açıqlamada deyilir ki, təxliyyə əməliyyatı indiyə qədər bir qərb ölkəsi tərəfindən həyata keçirilən ən böyük və ən uzunmüddətli təxliyə əməliyyatıdır. Məlumata görə, 25 aprel tarixindən indiyə qədər 21 uçuş həyata keçirilib. Ümumilikdə 1888 nəfərin təxliyə edildiyi bildirilən açıqlamada deyilir ki, Sudandan başqa ölkələrə gedən vətəndaşlara da konsulluq xidmətləri göstəriləcək.

Qeyd edək ki, Britaniya bundan əvvəl Sudandakı diplomatları və ailələrini təxliyə edib.

Bahadur Seyidov