İtaliya ChatGPT barədə qadağanı ləğv etdi



 17:34 01.05.2023     321

İtaliya Məlumatların Mühafizəsi Agentliyi ChatGPT süni intellektə qoyulan qadağanı ləğv edib.

Demedia.az xəbər verir ki, artıq İtaliyada ChatGPT süni intellektdən istifadə mümkündür. Yerli medianın məlumatına görə, ChatGPT İtaliyadakı istifadəçilər üçün yenidən əlçatandır. OpenAI şirkətinin rəsmisi bildirib ki, onlar istifadəçilərin məxfiliyini qorumağa sadiqdirlər. Məlumata görə, OpenAl ChatGPT istifadəçilərinin məxfiliyini qorumağa və istifadəçi hüquqlarına daha çox diqqət ayırmağa qərarlıdır.

Qeyd edək ki, İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi OpenAI şirkətinin ChatGPT süni intellektinin şəxsi məlumatların toplanması qaydalarını pozduğunu əsas gətirərək, ChatGPT-yə müvəqqəti qadağa qoymuşdu.

Bahadur Seyidov