Texnologiya sahəsi pandemiyadan sonra: Nə qədər insan işdən çıxarıldı?



 19:29 01.05.2023     616

Texnologiya sektoru, yəqin ki, pandemiyanın bitməsindən sonra dünyanı bürüyən qlobal inflyasiya və tədarük böhranından ən çox zərbə alıb.

Demedia.az xəbər verir ki, rəqəmlər bu fikri dəstəkləyir. Eniş dalğası 2022-ci ildə başlasa da, bu fırtına 2023-cü ildə də səngiməyib; hətta tam gücü ilə. Amazon, Google, Meta, Microsoft, Yahoo və Zoom kimi nəhənglər yeni ilin əvvəlindən minlərlə işçisini işdən çıxarıb.

Makroiqtisadi mühitlə birlikdə gəlirliliyin azalması bütün sektora təsir edir. İşdən çıxarılmaların əksəriyyəti ABŞ-da baş verir. 28 aprel 2023-cü il tarixinə dünya üzrə 620 şirkət 184 mindən çox işçisini işdən çıxarıb.

Meta-da işçi qüvvəsi dörddə bir azalıb
İşdən çıxarılmaların ən ciddi dalğası Amazonda baş verib. Yeni ilin əvvəlindən ümumilikdə 27 min işçisini işdən çıxaran Amazon bütün işçi qüvvəsinin 8 faizini ixtisar edib. Meta 21 min işçisini işdən çıxarıb. Meta-da 21.000 işçi ümumi işçi qüvvəsinin 25 faizini təşkil edir. Google-a baxdıqda 12 min, Microsoft-a baxdıqda isə 10 min adamın işdən çıxarıldığı görünür.

Təbii ki, bütün ixtisarları qlobal böhranla əlaqələndirmək düzgün olmazdı. Bunun ən yaxşı nümunəsi Twitter-dir. İlon Maskın aldığı gündən bəri gündəmdən düşməyən Twitter-də yeni ilin əvvəlindən 3 min 940 nəfər işdən çıxarılıb. Bu say məşhur mavi quşda çalışan bütün işçi qüvvəsinin yüzdə 53-ünü təşkil edir. Maskın keçən ilin oktyabrında Twitter-i ələ keçirməsindən sonra şirkətin işçilərinin sayı 70 faizdən çox azalıb.

Aysun / Demedia.az