Divardakı bananı yedi, sonra isə... - Rəssamı şoka salan hadisə
Cənubi Koreyanın paytaxtı Seulda muzeydə nümayiş etdirilən banan tələbə tərəfindən yeyilib.
Demedia.az xəbər verir ki, rəssam Mauritsio Kattelanın “Komediyaçı” əsəri Seuldakı Leeum İncəsənət Muzeyində nümayiş etdirilib.
Rəssamın "BİZ-BİZ" adlı sərgisinin bir hissəsi olan "Komediyaçı" divara lentlə yapışdırılmış banan olub.
Sərgini ziyarət edən Noh Huyn-soo adlı tələbə səhər yeməyi yemədiyini deyib və divardakı bananı yeyib.
Aysun / Demedia.az