Məşhur rejissor vəfat etdi: "O, teatrın atası idi"



 18:31 02.05.2023     558

"Bitməyən yol", "Öldükcə yaşayıram", "Aslan dostum", "Vətən və Namık Kamal" və "Üç dost" kimi filmlərin rejissoru Duyqu Sağiroğlu (90) son mənzilə yola salınıb.

Demedia.az xəbər verir ki, ötən gün həyatını itirən Sağiroğlu Levent məscidində təşkil edilən mərasimdən sonra Feriköy qəbiristanlığında torpağa tapşırılıb.

1966-cı ildə ilk filmi "Sonsuz Yol"u çəkən türk kinosunun usta rejissorlarından olan Duyğu Sağiroğlu ilə vida mərasimi baş tutub. Beşiktaş Levent məscidində keçirilən dəfn mərasimində Saiıroğlunun ailəsi başsağlığı verib.

Dəfn mərasiminə Saleh Kalyon, Haldun Dormen, Halil Ergün və Duyğu Sağiroğlunu sevənlər qatılıb.

Haldun Dormen bunları söyləyib: "Duyqu mənim üçün çox önəmli insan idi, çünki Amerikadan qayıdanda onunla ilk işimizi etdik. Hətta Cib Teatrını birlikdə qurduq. Cib Teatrı mənim üçün çox önəmlidir. Deyə bilərəm ki, sənət həyatımda ən önəmli yerdir .O, layiqli insan idi”.

Aktyor Salih Kalyon birlikdə çalışdıqlarını ifadə edərək deyib: "Duyğu Sağıroğlunun arxasında deyiləcək o qədər söz var. O, teatrın atasıdır, kino çəkiləndə ağlına gəlir. Nə deyim, dünyasını dəyişdi. Bizə emosional xatirələr buraxdı. O, türk kinosunun çox dəyərli qardaşı idi. Yüzlərlə tələbə yetişdirdi".

Aysun / Demedia.az