Hollivud ulduzundan ŞOK: "Aclıqdan ölürdüm."



 19:01 02.05.2023     602

"Çikaqo" filmi ilə "Qızıl Qlobus"u qazanan Hollivud ulduzu yaşadığı çətin dövrlərdən danışıb.

Demedia.az xəbər verir ki, “Bir zabit və bir centlmen”, “Gözəl qadın” və “Daxili işlər” (Gizli işlər) kimi unudulmaz filmlərdə kamera qarşısına keçən Riçard Gere şəhərin ən məşhur restoranlarından birində keçirilən xeyriyyə tədbirində keçmişi ilə bağlı diqqətçəkən etiraflar edib.

İki uşaq atası olan 73 yaşlı aktyor illər öncə məşhur adların getdiyi restoranda yaşadığı və hələ də unuda bilmədiyi günlərdən danışıb.

1970-ci illərdə həvəskar bir aktyor kimi mən aclıqdan ölürdüm. Bəxtim gətirdi ki, iş tapa bildim. Mən həm Broadway prodakşnlarında, həm də Broadway-dən kənar prodaksiyalarda çıxış edirdim, amma o vaxtlar pul qazana bilməyən çoxlu aktyorlar var idi!

O dövrdə Nyu-Yorkda aktyor olmağa çalışan gənclərin təcrübələrindən danışan Gere deyib: "Nyu Yorkda heç kim pul qazana bilməzdi. Aclıq normal bir vəziyyət idi. Ac qalmaq həyatın adi faktlarından biri idi. Bir çox insan, xüsusilə New Yorkda macəralarına başlayan aktyorlar üçün".

Aysun / Demedia.az