ƏFSANƏVİ ÇE haqda hər şey



 16:58 02.05.2023     542

Onun bü­tün hə­ya­tı, dav­ra­nı­şı, tə­fək­kü­rü, da­nı­şı­ğı pa­ra­doks­lar­dan yoğ­rul­muş­du. O de­yir­di: "Rea­list olun, hə­mi­şə müm­kün ol­ma­yan, əl çat­ma­yan şey­lə­ri ar­zu­la­yın!" Bu adam hə­mi­şə de­dik­lə­ri­nin föv­qün­də du­rur­du, ona gö­rə də bə­şə­riy­yə­tin ba­şı üzə­rin­dən əf­sa­nə­vi me­teo­rit ki­mi şı­ğı­yıb keç­di. Bə­li, o bu dün­ya­ya gəl­mə­liy­di, çün­ki Pro­me­tey odu tanrılardan oğur­la­yıb in­san­la­ra gə­tir­miş­di, və o, bu dün­ya­dan get­mə­liy­di, çün­ki elə hə­min od­dan ça­tı­lan ton­qal­da hə­min in­san oğ­lu­nu yan­dı­rıb kül elədi­lər.

«Mən xilaskar olacağam…»

Ernesto Argentinanın Rosario şəhərində ispan və irland əsilli ailədə dünyaya göz açmışdı. Doğum haqqında şəhadətnaməsində “14 iyun 1928-ci il” yazılsa da, əslində o bir ay əvvəl, mayın 14-də anadan olmuşdu. Ata Ernesto Gevaro Linç və Selia Lyosanın ailəsində 3 oğlan 2 qız vardı. Ernesto isə bacı və qardaşlarından fərqli olaraq hələ uşaqlığından özünün radikal fikirləri və qeyri-adi düşüncə tərzi ilə fərqlənirdi. Uşaqlığından onu bütün ömrü boyu qara kölgə kimi izləyən astmadan əziyyət çəksə də, yaxşı reqbol oyunçusu idi. Bundan əlavə yeniyetmə Gevara şahmat oynayır, poeziyaya, xüsusilə Pablo Nerudanın şeirlərinə maraq göstərirdi. Cek London, Jül Vern, Ziqmund Freyd, Bertran Rassel kimi müəlliflərlə tanışlığı Ernestonu hərtərəfli mütaliəyə həvəsləndirirdi. Kifayət qədər ziyalı və solçuluğa meylli ailədə doğulub böyüməsinə baxmayaraq, Gevara ilk dövrlərdə siyasətlə maraqlanmır, həmin illərdə Latın Amerikasında gedən proseslərdən uzaq durmağa çalışırdı. Ancaq 1948-ci ildə Buones-Ayres Universitetinin tibb fakultəsinə daxil olan Ernesto elə tələbəlik illərindəcə marksiszm təlimi ilə tanış olur, müxtəlif dərnəklərdə müzakirələrə qatılır. Dostu Alberto Qranado ilə çoxdan bəri planlaşdırdıqları Cənubi Amerika səyahəti də elə tələbəlik illərinə təsadüf edir. Dostlar 1939-cu ildə buraxılmış “Norton” markalı motassikılla Alta-Qrasiadan yola çıxırlar. Bu səfər onun gələcək həyatında və fəaliyyətində önəmli rol oynadı. Latın Amerikasında iqtisadi və ictimai bərabərsizlik, əzilən insanların düşdükləri zəlalət girdabı Ernestonun baxışlarında böyük dəyişikliklər yaratdı. O, artıq özünü loyal isveçrəli kimi deyil, haqqı tapdanan insanların xilaskarı kimi görməyə başlamışdı.

Beləcə, 1953-cü ilin martında universtetdə təhsilini başa vuran Ernesto yenidən Latın Amerika ölkələrinə səfərə çıxır. Sadə velosipedə mühərrik quraşdıran gəncin ilk səfər elədiyi ölkə Qvatemala  olur. Burada onun Kubadan qaçıb, bu ölkədə gizlənmiş bir nəfərlə tanışlığı baş tutur. Həmin adamın o illərdə Kubada baş verən hadisələrə qısaca nəzər saldıqdan sonra biləcəyik.

50-ci illərin əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə hakimiyyətə gəlmiş polkovnik Fulxensio Batista ölkəni tamamilə Amerikanın əlaltısına çevirmişdi. Kubanın bütün sənayesi və iqtisadiyyatı əcnəbilərin əlindəydi. Havana kazinolar və fahişəxanalar şəhəriydi. Parıltılı və eyş-işrətli paytaxt həyatından kənarda isə əsl Kuba həyatı başlayırdı. Səfalət və aclıq ölkənin minillik ərdəmlik duyğusuna sahib insanlarını olum-qalım sualı qarşısında qoymuşdu. Bu vəziyyət Kuba xalqının azadlıq və qurtuluş istəyinin real ifadəçisini yetişdirdi. Həmin adam Qvatemalada gənc Ernesto ilə tanış olan Raul Kastronun qardaşı Fidel Kastro Russ idi.

1953-cü il iyul ayının 16-da 165 döyüşçü ilə dövlət çevrilişi eləməyə çalışan Fidel Kastronun birinci cəhdi uğursuzluqla nəticələnmişdi. 15 illik həbs cəzasına məhkum edilən Fidel Kastro bir müddət həbsdə yatdıqdan sonra ictimaiyyətin tələbi ilə azadlığa buraxılır. Meksikaya gələn Kastro burada Ernesto ilə tanış olur. Sonralar çıxışlarının birində Gevara deyəcəkdi: “Elə birinci söhbətdən onun xarizmatik lider olduğunu anladım. Kuba xalqını yalnız o arxasınca apara bilərdi”.

İnqilabi ideyalara fanatikcəsinə bağlı olan gənc həkim də tükü-tükdən seçməyi bacaran Fidelin ürəyinə yatmışdı. Onsuz da gələcək döyüşlərdə ona mütləq bir dəstə həkimi lazım idi.

«Siyerradan olan saqqalılar»

İlkin hazırlıqlar başa çatdıqdan sonra 82 nəfərlik dəstə Kuba sahillərinə tərəf üz tutur. Ernesto da Meksikada evləndiyi Hilda Qadea adlı bir qadını və qızını orada qoyub “Qranma” yaxtasında Kuba üsyançıları ilə birgə döyüşə yollanır. Sahilə çıxar-çıxmaz üsyançılar Batista əsgərlərinin  hücumuna məruz qalırlar. Sonralar Gevara xatirələrində həmin günü belə xatırlayacaqdı: “Mən həlak olmuş yoldaşlarımdan birinin hərbi sursatla dolu çantasının yerə düşdüyünü gördüm. Ya çiynimdəki tibbi çantanı, ya da onu götürməliydim. Düşünmədən ikinci yolu seçdim və yəqin ki, elə həmin anda da həkimdən döyüşçüyə çevrildim”.

Birinci döyüşdən sağ qalan 15-20 üsyançı Syerra Maestra dağlarında gizlənir və Batisda rejiminə qarşı partizan hərəkatına başlayır. 1959-ci il yanvar ayının 2-də Gevaranın komandanlığı ilə Havanada təntənəli qarşılanma ilə başa çatacaq bu inqilab 3 il dava edən qanlı döyüşlərlə müşayiət olundu. Bizim qəhrəman isə ilk aylardan bu savaşın Fidel Kastrodan sonra ikinci qəhrəmanına çevrildi. Döyüşçülər onu ispanca “dost” mənasını verən “Çe” deyə çağırırdılar. Az keçməmiş Fidel Kastro ona “Komandante” rütbəsi verir. Bu, o dövrdə ən yüksək rütbə idi və faktiki olaraq Fidel Kastrodan sonra ikinci adam sayılmaq idi. Kuba inqilabının iştirakçıları Komandanteni  qorxmaz, sözübütöv, bunlarla yanaşı, həm də xəyanətə və satqınlığa qarşı son dərəcə amansız biri kimi xarırlayırlar. Deyirlər, bir dəfə partizanlardan Batista qoşunlarına xəbərçilik eləmiş döyüşçülərdən biri barəsində ölüm hökmü çıxarılsa da, heç kimin sabiq silah yoldaşına güllə atmağa ürəyi gəlmir. Vəziyyəti belə görən Çe Gevara xəyanətkarı şəxsən özü güllələyir. Bu illər ərzində aparılan əhəmiyyətli döyüşlərin hamısı məhz Çe Gevaranın komandanlığı altında baş vermişdi. Onun qeyri-adi dərəcədə sərkərdəlik bacarığı, partizan müharibəsinin incəliklərinə bələdçiliyi qələbənin qazanılmasında çox mühüm rol oynamışdı. Çe Gevara yalnız döyüşməklə işini bitmiş hesab eləmirdi. O, yerli əhalinin partizanlarla əlaqəsini qurur, müxtəlif partlayıcı və yandırıcı maddələr düzəldir, təbliğat işləri ilə məşğul olurdu. Batista rejimindən azad olunmuş ərazilərdə alış-veriş üçün işlədilən kuponlarda belə Çe Gevaranın imzası dururdu. 1957-ci ilin martından başlayaraq üsyançılar genişmiqyaslı hücumlara başlayırlar. Artıq Kuba ərazisindəki 26 iyulun şərəfinə yaradılmış “M-26” təşkilatının ayrı-ayrı şəhərlərdə yaradılmış özəkləri, həmçinin “13 mart inqilabi direktorat” təşkilatının və Xalq Sosialist Partiyasının üzvlərindən də partizanlara qoşulanların sayı artmışdı. Qısa müddətə bir-birinin ardınca Batista rejimindən azad olunan şəhərlərin sırasına 1959-ci il yanvar ayının 1-də Santa–Klara da əlavə edildi. Bu şəhər Çe Gevaranın rəhbərliyi ilə üsyançılar ordusu tərəfindən azad edildi. Bundan bir gün qabaq, dekabr ayının 31-də isə polkovnik Batista 142 nəfər tərəfdaşı ilə artıq ölkəni tərk etmişdi. 1959-cu il yanvar  ayının 2-də Çe Gevaranın komandirliyi ilə Santeyaqodan sonra Havana da üsyançılar ordusunun nəzərəti altına keçdi. Yanvar ayının 6-da Havana Fidel Kastronu qarşıladı. Kubalıların təbirincə desək, Siyerradan olan saqqalı adamların inqilabı qalib gəlmişdi.

“Yenə Çe…”

İnqilabdan sonra Kubanın yeni konstitusiyası qəbul olundu və komandante Çe Gevara bu ölkənin vətəndaşı elan edildi, yeni Kubanın Xüsusi xidmət orqanının yaradılmasına başladı. Bundan sonra Batista rejiminin tərəfdarlarına “səlib yüruşü” başlanıldı. Çe Gevara növbəti qətiyyətini və inqilab düşmənlərinə qarşı amansızlığını burada da büruzə verdi. Qurulan hərbi tribunallar Komandateyə tabe idi və edam qərarları onun imzasından sonra qüvvəyə minirdi. Beləcə, qısa müddətə yüzlərlə Batista tərəfdarları güllələndi.

Fidel Kastro vaxt itirmədən Kuba xalqının çoxillik arzularının həyata keçirilməsinə başladı. 1959-cu ilin mayında qəbul  olunan qanuna əsasən ölkənin torpaqlarının 60%-i kəndlilərə, 40%-i dövlətə verildi. Mərhələlərlə bankların, kredit-maliyyə təşkilatlarının milliləşdirilməsinə başlanıldı. Ölkədəki bütün əcnəbi sahibkarların, əsasən də amerikalıların iri müəssisə və şirkətləri sahiblərindən alınaraq, Kubanın əmlakı elan edildi. Sadalanan və sadalanmayan bu kimi islahatlara da birbaşa Çe Gevara məsul edilmişdi. Ancaq o, bununla kifayətlənmirdi. Komendante ölkədə geniş yayılmış savadsızlığın ləğvi üçün işlər görür, savadsızlığın ləğv edilməsi kurslarına nəzarət edirdi. Vaxtın darlığına baxmayaraq, Çe Gevara Meksikadakı birinci həyat yoldaşından boşanma prosesini başa çatdırır və hərəkatçı yoldaşı Aleyda Març ilə evlənir. Bir neçə il sonra o, çoxuşaqlı ata idi.

Bu arada Amerika Kubada gedən prosesləri narahatlıqla izləyirdi. Necə deyərlər, Tom dayının reaksiyasını çox gözləmək lazım gəlmədi. ABŞ Kubadan şəkər idxalını minimal həddə çatdırdı ki, bu da inqilab hökumətinin sosialist ölkələri düşərgəsi, xüsusilə SSRİ ilə yaxınlaşması zərurətini yaratdı. Bu ilişkilərin qurulmasına da Çe Gevara önəmli tövhələr verdi. Onsuz da yeniyetməliyindən bir yerdə durmağı sevməyən, ömrünü təkərlər üstündə keçirməyə vərdiş eləmiş Komandante, Fidel Kastrodan aldığı növbəti vəzifəsi - Milli Bankın sədri postunda ikən rəsmi nümayəndə kimi sosialist ölkələrinə və SSRİ-yə uzunmüddətli səfərə çıxdı. Onu bu ölkələrdə necə hərarətlə və artıq adı əfsanəyə çevrilmiş, qeyri-adi dərəcədə məşhur ictimai-siyasi xadim kimi qarşılandığını təsəvvür etmək çətin deyil.

Çe Gevara inqilabdan sonra bütün fəaliyyətini Kubada inqilabi ideyaların və yeni hökumətin möhkəmlənməsinə sərf elədi. Onun iş rejimi həqiqətən hamıda heyrət doğururdu. Çe Gevara bütün hadisələrin mərkəzində olan bir fiqur idi. Bir tərəfdən digər ölkələrdə inqilabçı hərəkatlara, digər tərəfdən baş qaldırmağa başlayan Batista qüvvələrinə qarşı döyüşlərə rəhbərlik edir, həmçinin törədilən terrorun qurbanlarına yardım göstərirdi. Yeri gəlmişkən, Çe Gevaranın bu gün bütün dünyada məşhur olan fotosu da 1960-cı ildə 100-dən çox insanın ölümünə səbəb olan terror aktında ölənlərin dəfn mərasimində çəkilmişdi.

«İdeoloq»

Çe Gevara 1962-ci ilin oktyabrında Sovetlər birliyi ilə Amerika arasında yaranmış Karib böhranının səbəbkarlarından biri idi. Həqiqətən nüvə raketlərinin Kubaya gətirilməsində onun böyük rolu olmuşdu. Ümumiyyətlə, 60-cı illərin əvvəllərindən başlayaraq Çe Gevara yalnız praktik inqlabçı və siyasi xadim kimi deyil, həm də sosialist ölkələri düşərgəsinin ideoloqu kimi özünü göstərməyə başlayır. O bir çox sosialist ölkə rəhbərlərindən, o cümlədən Xruşşov və Fidel Kastrodan fərqli olaraq inqilabın təxirə salınmadan digər ölkələrdə də qalib gəlmə mümkünlüyünə inanır və inandırmaq istəyirdi. Həmin illərdə o, qətiyyətlə sosialist ölkələrinin şəffaf birliyinə tərəfdar olduğunu dəfələrlə bildirmişdi. Özü də bu çıxışlarında üstüörtülü şəkildə də olsa, Sovetlər Birliyinin Amerika ilə münasibətlərində Kuba faktorundan şahmat taxtası üzərində piyada kimi istifadə etməsini dəfələrlə vurğulamışdı. Xruşşovun Kastro ilə məsləhətləşmələrinin ardından, Sovetlər birliyinin Amerikanın tələbi ilə nüvə raketlərini Azadlıq adasından çıxarmasından sonra isə Çe Gevaranın üzü bu ölkədən döndü. O artıq şübhələrində tamamilə haqlı olduğunu düşünür və çıxış yolu kimi Çin Komminist Partiyası ilə əlaqələrin daha da genişləndirməsinin vacibliyi qənaətində idi. Beləliklə, Kubanın gələcəyi ilə bağlı iqtisadi-siyasi  sahədə köklü fikir ayrılıqları Çe Gevaranın müstəqil fəaliyyətə başlamasına rəvac verdi. 1965- ci ilin iyununda Fidel Kastro dostu və silahdaşı əfsanəvi Çe Gevaranın ona ünvanlanmış məktubuyla xalqı tanış elədi. Komandante yazmışdı: “Mən ürəyimin bir parçasını canımdan artıq sevdiyim Kubada qoyub gedirəm. Bu ölkədə keçirdiyim illər və apardığım mübarizə ilə qürur duyuram. Ancaq mən dünya inqilabının digər ölkələrdə qalib gəlməsi üçün nazir postundan və digər vəzifələrimdən istefa verib mənə ehtiyacı olan insanların yanına gedirəm.”

«Bu da son…»

Məhz bu tarixdən başlayaraq Çenin harada olması barədə söz-söhbətlər yayılmağa başlayır. Fidel Kastrodan əfsanəvi inqilabçının harada olması barədə soruşanlara Kuba rəhbərinin cavabı konkret olur: “Onun harada olduğunu yalnız özünün razılığı ilə deyə bilərəm”.

Sonradan məlum olcaqdı ki, həmin dövrdə Çe Gevara Konqoda partizan hərəkatı yaratmaqla məşğul imiş. Əfsanəvi qəhrəman bu Afrika ölkəsində böyük uğursuzluğa düçar olduğunu özü də gündəliyində qeyd etmişdir: “Buradakı insanlarla bir iş görmək həqiqətən xeyli müşkül məsələdir. Bu adamlar birinci dəfədir ki, odlu silah görürdürlər və dəfələrlə bir-birilərinə zarafat adına atəş açıblar.”

Beləliklə, Çe Gevara gizli şəkildə Kubaya qayıdır. Bu qayıdış onun növbəti səfərinə hazırlıq məqsədi daşıyırdı. Çe özünün məşhur saqqalını qırxır, xarici görkəminə əl gəzdirir, eynək taxır, əsl müəllim siması ilə Kuba Xüsusi Xidmət Orqanları tərəfindən başqa bir adamın adına sənədlə təmin olunur.

Artıq növbəti əməliyyat yeri müəyyənləşdirilmişdi. Komandante Boliviyada hərbi çevrilişlə hakimiyyəti ələ almış hökuməti devirməli idi. 1966-cı il noyabr ayının 7-də onun məşhur “Boliviya  gündəlikləri”nin birinci qeydindən oxuyuruq:  “Bu gün həyatımda yeni mərhələ başlayır. Ümumi götürəndə səfər uğurlu keçdi. Burada bizə lazım olan adamlarla artıq görüşmüşük”.

Çe Gevara bu ölkədə olduğu bir ilə yaxın müddətdə müəyyən qədər uğur qazana bilir. Ancaq Fidel Kastonun Kubadan ona göstərdiyi böyük köməkliklərə baxmayaraq, hökumət qüvvələri ilə döyüşmək azsaylı partizan dəstəsi üçün çox çətin idi. Onu da nəzərə almaq lazım idi ki, Boliviya hökumətinə Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi casusları böyük yardımlar edirdilər. Bütün bunları nəzərə alanda məlum olur ki, Çe Gevara təkbaşına bir ölkədə inqilab etmək fikrinə düşmüşdü. Artıq 1967-ci ilin son aylarında vəziyyət xeyli dərəcədə ağırlaşır. Kubadakı kimi yerli əhalini hərəkata cəlb etmək mümkün olmamış, müxtəlif döyüşlərdə onun dəstəsi böyük itkilər vermişdi. 1967-ci il oktyabr 7-də Çenin “Boliviya gündəlikləri”ndə sonuncu qeyd var: “Radio ilə xəbər verilir ki, 250 əsgər Serranoda bizi, yəni 37 partizanı mühasirəyə alıb. Bu çox gülməlidir.”

Əslində, bu yerlərə yaxşı bələd olmayan Çe Gevaranın xəbəri yox idi ki, radiodakı məlumat həqiqətdir. Doğrudan da bu döyüş Gevara üçün son döyüş olur. Elə həmin gün Çe Gevara sonuncu gülləsi qalana qədər döyüşür və ayağından yaralanır. Boliviya cəngəlliklərində keçirdiyi üzücü partizan həyatından sonra xeyli dərəcədə zəifləmiş fiziki və mənəvi sarsıntının son həddində olan Gevaranı əsir götürmək mümkün olur. Taleyin ironiyasına baxın ki, dünya inqilabının bu məşhur ismini Mərkəzi Kəşfiyyat İdarəsinin kuba əsilli bir casusu əsir götürmüşdü.

Mil­liy­yət­cə ku­ba­lı, pas­por­tu­na gö­rə ame­ri­ka­lı Fe­liks Rod­ri­ges Ma­ya­mi­nin şi­mal ər­ta­fın­da­kı MKİ-yə xey­li məb­lə­ğə ba­şa gəl­miş, ən müa­sir mü­ha­fi­zə sis­te­mi ilə qo­ru­nan ev­də ya­şa­yır. Bu ev or­ta ya­şa­yış həd­din­də olan qon­şu­la­rının evindən çox az fərq­lə­nir. Ge­niş ek­ran­lı te­le­vi­zor, yum­şaq di­van - vəs­sa­lam! Mən­zi­lin əsas in­ter­ye­ri­ni bun­lar təş­kil edir. Bü­tün qa­lan sa­hə­ni ev sa­hi­bi­nin hə­ya­tı ilə bağ­lı eks­po­nat­lar tu­tur. Bu­ra­da Çe Ge­va­ra­nın qəl­ya­nı, tü­tü­nü­nün qa­lı­ğı və məş­hur Sal­va­dor par­ti­zan qa­dı­nı Ni­di­ya Dia­sın pal­tar əş­ya­la­rı ya­na­şı du­rur.

O de­yir: "La­tın Ame­ri­ka­sı­nın bir çox döv­lət xa­dim­lə­ri, o cüm­lə­dən, Fi­del Kast­ro mə­nim ba­şı­ma çox bö­yük qiy­mət qo­yub. Bü­tün dün­ya mə­nə Çe Ge­va­ra­nın ölü­mü­nü ba­ğış­la­ya bil­mir. Am­ma tanrı özü şa­hid­dir ki, Çe­nin sa­la­mat qal­ma­sı üçün o vaxt mən əlim­dən gə­lən hər şe­yi et­mi­şəm”.

Beləliklə, biz əfsanəvi Çe­nin son günləri barədə supercasus Feliks Rodrigesin unudulmaz Mehdi Bəyazidin tərcümə elədiyi xatirələrindən hər şeyi detallarına qədər öyrənə biləcəyik.  

Rodriges xatırlayır...

...Bo­li­vi­ya­lı­lar­dan şif­rə­lən­miş əm­ri te­le­fon­la al­mış­dım. Əmr be­lə idi: "500 - 600". "500 - Çe", "600 - edam olun­ma­lı­dır" de­mək idi. Əgər bo­li­vi­ya­lı­lar onu sa­la­mat sax­la­maq is­tə­səy­di­lər, şif­rə "700" ol­ma­lı idi. Mən əm­ri tək­rar et­mə­yi xa­hiş elə­dim. Tək­rar et­di­lər, səhv yox idi. Mən hə­min vaxt ya­nım­da olan ən yük­sək rüt­bə­li Bo­li­vi­ya za­bi­ti, pol­kov­nik Koa­kin Sen­te­no Anay­ya­ya mə­lu­mat ver­dim ki, Baş Qə­rar­gah Çe Ge­va­ra­nı edam et­mək əm­ri ve­rib. Ona həm­çi­nin ABŞ hö­ku­mə­ti­nin, nə yol­la olur-ol­sun, Çe­ni sağ-sa­la­mat çat­dır­maq ba­rə­də gös­tə­riş ver­di­yi­ni də bil­dir­dim. MKİ agent­lə­ri­nin Çe­ni Pa­na­ma­ya apar­maq üçün ver­tol­yot və təy­ya­rə­ni ha­zır sax­la­dıq­la­rı­nı da söy­lə­dim. Am­ma hər şey baş­qa cür ol­du.

Sen­te­no mə­nə tə­rəf çev­ril­di:

- Fe­liks, biz sə­nin­lə çox sıx əmək­daş­lıq et­mi­şik, bi­zə gös­tər­di­yi­niz kö­mə­yə gö­rə si­zə min­nət­dar­dıq. Am­ma bu­nu mən­dən xa­hiş et­mə­yin. Mən əm­ri ye­ri­nə ye­tir­mə­li, Çe­ni edam et­mə­li­yəm. Be­lə et­mə­səm, mə­ni dəh­şət­li cə­za göz­lə­yir, - pol­kov­nik saa­tı­na bax­dı, - in­di sa­at on bir­dir. Mən 2-də qa­yı­da­ca­ğam. Söz ver ki, bu müd­dət­də Çe­nin me­yi­di­ni Val­ye Qra­na­da­ya çat­dı­ra­caq­san. Onu ne­cə öl­dü­rə­cək­sən - bu sə­nin işin­dir. İs­tə­sən, bu­nu özün də elə­yə bi­lər­sən!

Mən Sen­te­no­nun üzü­nə ba­xıb:

- Pol­kov­nik, xa­hiş edi­rəm, əm­ri də­yiş­mə­yə ça­lı­şın. Yox, bu­nu elə bil­mə­sə­niz, söz ve­ri­rəm ki, gü­nor­ta sa­at 2-dən Çe­nin nə­şi­ni ye­ri­nə çat­dı­ra­ca­ğam.

De­mək, bun­dan son­ra göz­lə­mək mə­na­sız idi. Mən düz Çe­nin göz­lə­ri­nin içi­nə bax­dım:

- Ko­man­dan­te, mən özüm­dən ası­lı olan nə var­sa, et­dim ki, be­lə ol­ma­sın, la­kin Bo­li­vi­ya Ali Baş Ko­man­dan­lı­ğın­dan əmr gə­lib.

O, və­ziy­yə­ti dər­hal ol­du­ğu ki­mi ba­şa düş­dü. Üzün­də ya­şa­ma­ğa bü­tün ümi­di­ni itir­miş adam­la­ra məx­sus ifa­də var­dı, am­ma si­fə­ti­nin bir­cə əzə­lə­si də tər­pən­mir­di. Xə­fif­cə gü­lüm­sü­nüb de­di:

- Bəl­kə də be­lə yax­şı­dı, Fe­liks. Mən heç cür ələ sağ keç­mə­mə­liy­dim.

Qar­şım­da ne­çə vaxt­dan bə­ri mü­ba­ri­zə apar­dı­ğım qan­lı düş­mə­nim dur­muş­du. Am­ma mən­də ona qar­şı əs­la nif­rət his­si yox idi. Ək­si­nə, az qa­la ona vu­rul­muş­dum. O öz qəl­ya­nı­nı çı­xar­dı:

- Mən bu­nu, - mə­ni gös­tə­rə­rək, - bu əs­gə­rə ba­ğış­la­maq is­tər­dim. O mə­nim­lə lə­ya­qət­lə rəf­tar elə­di. Bu za­man, yə­qin ki, ba­yaq­dan bə­ri bi­zi pu­san ser­jant Mar­no Te­ran dər­hal özü­nü ota­ğa at­dı. - Ka­pi­tan, o qəl­ya­nı mən is­tə­yi­rəm - de­yə qış­qır­dı, - çox is­tə­yi­rəm! Çe bir an­da qəl­ya­nı giz­lət­di: - Yox, si­zə yox. Onu si­zə ver­mi­rəm. Te­ra­na otaq­dan çıx­ma­ğı əmr et­dim.

- Ko­man­dan­te, siz axı onu mə­nə ver­mək is­tə­yir­si­niz, elə de­yil­mi? O bir an dü­şü­nüb: - Hə, si­zə, - de­di. - Ko­man­dan­te, bəl­kə siz ai­lə­ni­zə nə isə de­mək is­tə­yir­si­niz?

O, xey­li fi­kir­ləş­di, son­ra dil­lən­di: - Hə, dost­la­ra de­yin ki, tez­lik­lə in­qi­lab bü­tün Ame­ri­ka­da qə­lə­bə ça­la­caq. Bir də ar­va­dı­ma de­yin ərə get­sin, xoş­bəxt ol­sun.

Qə­fil­dən əli­ni mə­nə uzat­dı, son­ra da mə­ni bərk-bərk qu­caq­la­dı. Bu, ölü­mün lap ya­xın­da ol­du­ğu­nu bi­lən bir in­sa­nın hə­rə­kə­ti idi. Son­ra Çe bir ad­dım ge­ri çə­ki­lib qəd­di­ni dü­zəlt­di. Yə­qin onu öl­dü­rə­cək cəl­la­dın mən ola­ca­ğı­nı dü­şü­nür­dü. Mən də ey­nən onun ki­mi ya­xın­la­şıb Çe­ni bağ­rı­ma bas­dım. Heç bi­ri­miz bir kəl­mə də da­nış­ma­dıq. Ser­jant Te­ra­na tə­rəf dö­nüb əmr ver­dim: - Ser­jant, onu gül­lə­lə, am­ma unut­ma ki, ar­tıq ra­dio ilə Çe­nin dö­yüş­də al­dı­ğı ya­ra­lar­dan hə­lak ol­du­ğu xə­bə­ri­ni ve­rib­lər. Ona gö­rə ba­şı­na atəş aç­ma, an­caq bə­də­ni­nə!

Ko­man­da mən­tə­qə­nin yer­ləş­di­yi tə­pə­yə qal­xıb, MKİ-nin mən­zil-qə­rar­ga­hı­na gön­də­rə­cə­yim ra­dio­xə­bə­ri dü­züb-qoş­ma­ğa baş­la­dım. Elə bu za­man M-2 ka­ra­bi­nin­dən açı­lan atəş sə­si gəl­di. Hər şey qur­tar­dı. Çe da­ha yox idi. Qəl­ya­nı isə mən­də idi. Saa­tı­ma bax­dım, əq­rəb­lər 2-yə 10 də­qi­qə iş­lə­di­yi­ni gös­tə­rir­di”.

Onun ölüm xəbərinə inanmayan Fidel Kastro yalnız fotoları əldə elədikdən sonra bu barədə Kuba xalqına müraciət edir. Fidel Kastronun silahdaşı haqqında söylədiyi fikirləri isə yəqin ki, ölümündən sonra hər kəs özü barədə deyilməsi üçün əlindən gələni eləyər. Əlbəttə, əgər onda Çe ürəyi, Çe cəsarəti və fədakarlığı varsa. O, elə ilk gənc­li­yin­dən si­la­ha sa­rı­la­raq La­tın Ame­ri­ka­sı­nın is­tiq­la­lı uğ­run­da müba­ri­zə­yə atıl­dı. ABŞ üçün "1 nöm­rə­li ter­ror­çu" olan Çe Ge­va­ra özü­nü "Don Ki­xot", Yer üzü­nün mü­tə­rəq­qi in­san­la­rı isə onu "dün­ya­nı öz ar­xa­sın­ca çə­kib apa­ran Don Ki­xot" ad­lan­dı­rır­dı. O, ey­ni də­rə­cə­də, ABŞ-a da, SSRİ-yə də nif­rət edir­di, çün­ki hər iki­si dün­ya­nı qəsb et­mək üçün bir məh­şə­ri ci­na­yət­dən çə­kin­mir­di. Çe Ge­ve­ra­nı öl­dür­dü­lər. Am­ma o öz ölü­müy­lə də düş­mən­lə­ri­ni öl­dü­rüb, on­la­rı öz qar­şı­sın­da diz çök­dür­mə­yə ma­cal tap­dı. Bu onun bə­şə­riy­yə­tin sa­ba­hı­na gön­dər­di­yi so­nun­cu tə­rəf-şan sa­la­mı idi.

İlham TUMAS