"Səs eşidirəm" deyərək həkimə getdi - Qulağından elə şeylər çıxdı ki...



 22:36 02.05.2023     572

Çinin Sıçuan əyalətində inanılmaz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, qulağından gələn qəribə səslərlə xəstəxanaya müraciət edən qadın dəhşətli reallıqla üzləşib.

Endoskopiya edilən qadını müayinə edən həkim ilkin olaraq vəziyyətə diaqnoz qoya bilməyib. Onu narahat edən şeyləri araşdırmağa davam edərək, qulaq pərdəsinə bənzəyən bir quruluş görüb. Tezliklə məlum olub ki, sözügedən quruluş hörümçək tərəfindən toxunan torların cəmidir.

Həkimlər iri gözlü qara hörümçəyi görəndə məəttəl qalıblar. Hadisəyə dərhal müdaxilə edən sağlamlıq qrupları hörümçəyi və balalarını çıxarıb.

Aysun / Demedia.az