Avropa İttifaqı Ukrayna ilə bağlı üzv dövlətlərlə razılığa gəldi



 17:19 02.05.2023     297

Avropa İttifaqı Ukrayna ilə bağlı üzv dövlətlərlə razılığa gəlib.

Demedia.az xəbər verir ki, razılığa əsasən Ukraynadan ərzaq və taxıl idxalına qadağa qoyan üzv dövlətlər bu məhdudiyyəti aradan qaldırıb. Qərarə əsasən dövlətlər Ukraynadan ərzaq və taxıl idxalını davam etdirəcək. Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya nümayəndələri ilə görüşdən sonra açıqlama verib. O bildirib ki, Avropa İttifaqı Komissiyası Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya ilə Ukraynanın kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı prinsipial razılığa gəlib. Dombrovskis, Ukrayna ilə qonşu olan Avropa Birliyi ölkələrində fermerlərin narahatlığını azaltmaq üçün həll yolu tapdıqlarını bildirib.

5 ölkədə Ukrayna məhsullarından zərər görən fermerlərə 100 milyon avro maliyyə dəstəyi veriləcəyinə diqqət çəkən Dombrovskis, Ukrayna məhsullarının digər Avropa İttifaqı ölkələrinə də ixrac ediləcəyini qeyd edib.

Bahadur Seyidov