Sudan ordusu üsyançılarla danışıqları rədd etdi



 18:12 02.05.2023     298

Sudan ordusunun komandanı general Əbdülfəttah əl-Burhan, Çevik Dəstək Qüvvələrinin komandanı general Məhəmməd Həmdan Daqalu ilə görüşməyin mümkün olmadığını bildirib.

Demedia.az xəbər verir ki, “Əl-Hurra” televiziyasına açıqlama verən Burhan, üsyana rəhbərlik etdiyi üçün Dağalu ilə görüşməyəcəyini bəyan edib. Üsyançıların vətəndaşlardan canlı qalxan kimi istifadə etdiyinə diqqət çəkən Burhan bildirib ki, yaşayış məhəllələri istinsa olmaqla kənar ərazilərdə üsyançı qüvvə yoxdur.

Onun sözlərinə görə, ordu döyüşü çox qısa müddətdə həll edə bilər, lakin ordu infrastrukturu və mülki insanları qorumaq üçün çalışır.Sudan ordusunun komandiri atəşkəkəsin daha 72 saat uzadılması təklifinin qəbul edildiyini açıqlayıb.

Bahadur Seyidov