Şimali Koreya “Vaşinqton Bəyannaməsi”nə münasibət bildirdi



 17:32 02.05.2023     306

“Vaşinqton Bəyannaməsi” dünyanın sülh və təhlükəsizliyinin daha ciddi təhlükəyə məruz qalmasına səbəb olacaq”.

Demedia.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ və Cənubi Koreyanın qəbul etdiyi “Vaşinqton Bəyannaməsi”nə belə münasibət bildirib. O bildirib ki, Şimali Koreya nüvə müharibəsinin qarşısının alınması barədə səylərin artırılmasına ehtiyac olduğuna əmindir. Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq “Vaşinqton Bəyannaməsi”ni “ABŞ-ın uydurması” kimi qiymətləndirib. Onun sözlərinə görə, bəyannamə düşmənin aqressiv iradəsini əks etdirir. Kim Yo Conq ABŞ Prezidenti Co Baydeni də sərt tənqid edib.

Qeyd edək ki, Vaşinqtona səfər edən Cənubi Koreya prezidenti Yoon Suk Yeol Baydenlə bəyənnamə imzalayıb. Bəyannəmin Şimali Koreyanın təhdidlərinə qarşı olduğu qeyd edilib.

Bahadur Seyidov