Rusiyanın Ural neftinin qiyməti 39,7 faiz azalıb



 18:48 02.05.2023     337

Rusiyanın Ural neftinin qiyməti yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,7 faiz azalaraq 51,05 dollar olub.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, ötən ilin eyni dövründə orta hesabla 84,68 dollara satılan Ural neftinin bir barel qiyməti bu il ərzində 39,7 faiz ucuzlaşıb. Açıqlamada qeyd olunub ki, aprel ayında Ural neftinin bir barreli 58,63 dollara alınıb. Q

eyd edək ki, ötən ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin ən yüksək qiymətinin 60 dollar olması barədə razılığa gəliblər. Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə qarşı Rusiyadan endirimlər tələb edir.

Bahadur Seyidov