Ukrayna Rusiyaya qarşı hücum üçün 8 briqada yaradıb



 18:54 02.05.2023     298

Ukrayna Rusiyaya qarşı hücum üçün 8 briqada yaradıb.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko açıqlama verib. O “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirib ki, əks-hücum üçün yeni briqadalar formalaşdırılıb və hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir.

Briqadaların silahla təchiz edildiyini bildirən Klimenko qeyd edib ki, Ukraynanın əlavə komandalar yaratmaq planı var. Onun sözlərinə görə, əlavə komandaların qurulması üçün Ukraynanın imkanları var. Yeni briqadaların 2-3 həftəlik təlim keçəcəyini bildirən Klimenkonun sözlərinə görə, bu briqadaların vəzifəsi hərbi əməliyyatlar zamanı müdafiə olunmaq və əks-hücumlar təşkil etməkdir.

Bahadur Seyidov