Kanadadan Ukraynaya dəstək - Trüdo yeni yardımlar vəd etdi



 19:25 02.05.2023     309

Kanadanın baş naziri Castin Trüdo Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında Ukrayna xalqını dəstəklədiyini bir daha bəyan edib.

Demedia.az xəbər verir ki, Kanadanın Baş Nazirliyinin bəyanatına görə, telefonla danışan iki lider Ukraynadakı mövcud vəziyyəti və Kanadanın gələcəkdə ölkəyə necə dəstək verəcəyini müzakirə ediblər. Trüdo, ölkəsinin Rusiyanın mülki hədəflərə hücumları və ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyası da daxil olmaqla, Moskvanın qəddar və ədalətsiz təcavüzünə qarşı qətiyyətlə mübarizə aparan Ukrayna xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Trüdo Kanadanın lazım gəldikdə Ukraynaya yeni hərbi, humanitar, maliyyə və digər yardımlar edə biləcəyini deyib.

Bahadur Seyidov