Rusiyanın Liberal Demokrat partiyası onlayn siyasi mitinq təşkil etdi



 20:28 02.05.2023     299

Rusiyanın Liberal Demokrat partiyası Əmək Günü münasibətilə “Minecraft” platformasında siyasi mitinq keçirib.

Demedia.az xəbər verir ki, dünyanın ilk rəqəmsal siyasi mitinqində 12000 nəfər iştirak edib. Partiyanın bəyanatına görə, Rusiya Liberal Demokrat partiyasının rəqəmsal mitinqi həmin gün ölkədə keçirilən ən böyük nümayişə çevrilib. Məlumata görə, dünyanın müxtəlif ölkələrindən 12000-dən çox insan tədbirdə iştirak etmək üçün müraciət edib.

Bildirilir ki, çox saylı istifadəçi axınından sonra serverdə problemlər ortaya çıxıb və mitinq vaxtından əvvəl başa çatıb. Texniki problemlərə baxmayaraq mitinqin uğurlu olduğu açıqlanıb. Rusiyanın Liberal Demokrat partiyası daha çox onlayn tədbirlərin keçirəcəyini qeyd edib.

Bahadur Seyidov