Filippin ərazisindən hərbi əməliyyat üçün istifadə edilə bilməz - Ferdinand Markos
Filippin öz torpaqlarından hər hansı bir hərbi əməliyyat üçün hazırlıq ərazisi kimi istifadə edilməsinə icazə verməyəcək.
Demedia.az xəbər verir ki, Filippin Prezidenti Ferdinand Markos belə açıqlama verib. O bildirib ki, Filippin müstəqil siyasət yürüdür. Markos iki ölkə arasında müdafiə müqaviləsi çərçivəsində ABŞ-a Filippindəki daha 4 bazadan istifadəyə icazə verilməsini şərh etməyib. Müqavilənin imzalandığı dövrdəki şərtlərlə indiki şərtlərin fərqli olduğuna diqqət çəkən Markos Çinin bölgədə kifayət qədər dominant, ABŞ-ın isə daha az dominant hala gəldiyini bildirib.
Qeyd edək ki, Filippin Prezidenti Ferdinand Markos ABŞ-a rəsmi səfər edib.
Bahadur Seyidov