Ukrayna bu iki ölkə arasında bölünməlidir - Keçmiş amerikalı kəşfiyyatçı



 10:19 03.05.2023     327

“Ukrayna böhranının həlli üçün ən ağlabatan variant Ukraynanın Rusiya və Polşa arasında bölünməsi olacaq”.

Demedia.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter belə açıqlama verib. O bildirib ki, Ukraynanın qərbini Polşaya vermək lazımdır.

“Düzünü desəm, ən məntiqlisi budur. Əgər Qərbi Ukraynanı ortadan çıxarsanız, əminəm ki, iki ölkə arasında sülh əldə olunacaq, çünki onlar eyni mədəniyyətə və tarixə malik xalqdırlar. Vətəndaş Müharibəsindən sonra Alabamadan birinin Nyu-York əhalisi ilə barışacağını nə qədər adam təsəvvür edə bilərdi? Biz bunu etdik. Çünki biz hamımız amerikalıyıq”, - keçmiş kəşfiyyatçısı Skott Ritter deyib.

Odessa, Kiyev, Xarkov və Dnepropetrovsk şəhərlərinin hər zaman rus sivilizasiyasının bir parçası olduğunu bildirən Ritter, müharibə bitdikdən sonra bu bölgələrdəki insanların rus xalqı ilə sülh içində yaşayacağını deyib.

Bahadur Seyidov