Dohada Əfqanıstanla bağlı qapalı sammit keçirildi



 09:33 03.05.2023     311

Qətərin paytaxtı Dohada Əfqanıstanla bağlı qapalı keçirilən sammit başa çatıb.

Demedia.az xəbər verir ki, Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş arasında keçirilən sammitdə Əfqanıstandakı vəziyyət və ortaq əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Tərəflər sammitdən sonra jurnalistlərin suallarını cavablandırıb. Jurnalistin “Taliban”la birbaşa danışığın mümkünlüyü barədə sualına Quterreş "Vaxtı çatanda, mən bu ehtimalı rədd etməyəcəyəm, amma bu gün deyil” deyə cavab verib.

“Taliban”ın Dohadakı siyasi ofisinin rəhbəri Suhail Shaheen “Associated Press”ə bildirib ki, Əfqanıstanın yeni hökuməti sammitdə iştirak etməyi rədd edib:

“Bizi dinləməyə və məsələlərə münasibətimizi bilməyə hazır deyillərsə, onlar necə inandırıcı və məqbul həll variantı ilə gələ bilərlər? Birtərəfli qərarlar nəticə vermədi. Əfqanıstan müstəqil ölkədir. Onun öz səsi var; İstəyirik ki, səsimizə qulaq assınlar”.

 Bahadur Seyidov