Messi PSJ-nin heyətindən uzaqlaşdırıldı



 11:22 03.05.2023     327

PSJ argentinalı ulduz futbolçu Lionel Messini klubdan icazə almadan Səudiyyə Ərəbistanına getdiyini əsas gətirərək 2 həftəlik heyətdən kənarlaşdırıb.

Demedia.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərə görə, Messi klubdan icazəsiz məşqə getməyib. Həmçinin Messi klubdan icazə almadan Səudiyyə Ərəbistanına gedib. Messi 2 həftə ərzində məşqə və matçlara çıxa bilməyəcək. Həmçinin onun məvacibi azaldılacaq.

Qeyd edək ki, Messi ailəsi ilə birgə Səudiyyə Ərəbistanına gedib. Messinin səfərinin transferlə əlaqəsinin olmadığı onun şəxsi reklam işləri ilə bağlı olduğu bildirilir.

Bahadur Seyidov