Türkiyə və ABŞ iki nəfərin aktivlərini dondurdu



 14:23 03.05.2023     325

Terrorçuluğu maliyyələşdirdiyi üçün 2 nəfərin aktivləri Türkiyə və ABŞ tərəfindən eyni vaxtda dondurulub.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar nəticəsində tərəflər belə qərar qəbul edib. ABŞ-ın Xəzinə və Maliyyə Nazirliyinin açıqlamasında isə qeyd edilib ki, İŞİD terror təşkilatına maliyyə yardımı etdiyinə görə, şəbəkənin aktivləri iki ölkə tərəfindən eyni vaxtda dondurulub.

“Ölkəmiz bundan sonra da terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində səmərəli addımlar atacaq və bu istiqamətdə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq edəcək” -  ABŞ-ın Xəzinə və Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Bahadur Seyidov