Avrozonada inflyasiya artdı



 15:04 03.05.2023     361

Avrozonada İstehlak Qiymətləri İndeksi aprel ayında aylıq 0,7 faiz, illik isə 7 faiz artıb.

Demedia.az xəbər verir ki, Avropa Statistika İdarəsinin Avrozona üzrə aprel ayı üçün açıqladığı inflyasiyaya dair məlumatlarda belə deyilir. Bildirilir ki, Avrozonada mart ayında 6,9 faiz olan illik inflyasiya apreldə 7 faizə yüksəlib. Bu iqtisadçıların gözlədiyi rəqəmlərdən bir qədər çoxdur.

Məlumata görə, apreldə inflyasiya Latviyada 15, Slovakiyada 14, Litvada 13,3, Estoniyada 13,2, Avstriyada 9,6, Sloveniyada 9, İtaliya və Xorvatiyada 8,8, Almaniyada 7,6 Fransa və Portuqaliyada 6,9, Maltada isə 6,5 ​​faiz faiz təşkil edib.

Bahadur Seyidov