Böyük Britaniyada miqrantlar gəmilərə yerləşdirilir



 17:01 03.05.2023     425

Böyük Britaniya qeyri-qanuni miqrantların yerləşmə probleminin həlli üçün müxtəlif variantları müzakirə edir.

Demedia.az xəbər verir ki, bu dəfə istifadə olunmayan gəmilərin sığınacaqlara çevrilməsi variantı gündəmdədir. Məlumata görə, birinci mərhələdə miqrantlar 10 gəmiyə yerləşdiriləcək. "The Guardian" qəzeti hökumətin istifadə olunmayan 10 gəminin miqrantlar üçün ayrılması üzərində çalışdığını açıqlayıb. Bu çərçivədə ilk mərhələdə Dorset limanında nəhəng barjanın istifadəsinə icazə verilib. Barjada 400 miqrant sığınacaq.

Hökumət həmçinin köhnə 1800 yerlik kruiz gəmisi üçün danışıqlar aparır. 10 dəniz nəqliyyatından istifadə edilməsi planlaşdırılır. Qeyd edək ki, İngiltərədəki otellərdə 51 minə yaxın immiqrant yaşayır.

Bahadur Seyidov