Rusiya Polşaya nota verib



 16:21 03.05.2023     325

Rusiya Polşanın Moskvadakı müvəqqəti işlər vəkili Yaçek Sladevçkini Xarici İşlər Nazirliyinə çağıraraq nota verib.

Demedia.az xəbər verir ki, buna səbəb Polşanın Varşava Bələdiyyəsinin Rusiyanın Varşavadakı səfirliyi tərəfindən orta məktəb kimi istifadə edilən binanı öz nəzdinə keçirməsidir. Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina müvəqqəti işlər vəkili Sladevckinin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib. Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejev də məktəb binasının müsadirə edilməsi ilə əlaqədar Polşa Xarici İşlər Nazirliyinə etiraz notası verildiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl Varşava Bələdiyyəsi Sovet İttifaqının Varşavadakı səfirliyinə Polşa Milli Müdafiə Nazirliyi tərəfindən pulsuz və müddətsiz verilmiş binanı geri alıb.

Bahadur Seyidov