Südvəzi Xərçəngi Olduqda Döş Mütləq Götürülməlidir? - Video



 11:31 03.05.2023     585

Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir. Süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Erkən mərhələdə aşkarlandıqda müalicə ilə sağalma şansı yüksəkdir.

Bu səbəbdən qadınların mütəmadi olaraq süd vəzilərini yoxlamaları və hər hansı dəyişiklik olduqda mütləq müayinələrdən keçməlidirlər.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova südvəzi xərçəngi zamanı südvəzi nə zaman götürülməsi barəsində videoda ətraflı məlumat verir.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ