Hidrosefaliya - Şunt Əməliyyatı Necə Edilir? / Video



 13:20 03.05.2023     722

Hidrosefaliya (yunan. “hidro” – su, “sefalon” – baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır.

Bunun səbəbi beyində likvorun həcminin artmasıdır.

Likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə bilər ki, nəticədə likvor beyinin mədəciklərində yığılmağa başlayır. Bunun nəticəsində isə uşaqda kəllə daxili təzyiq artır.

Neyrocərrah Bəhruz Eyvazov Hidrosefaliya zamanı Şunt əməliyyatı necə icra olunduğu barədə videoda ətraflı məlumat verir.

Dr.Bəhruz Eyvazov YouTube kanalında yayımlanan videonu sizlərlə bölüşürük. 

Aysun Həsənova / DEMEDİA.AZ