300 milyon il əvvəl yaşamış sirli canlı...



 20:32 03.05.2023     600

Təxminən 300 milyon il əvvəl yaşamış sirli canlı - Tully canavarı ilə bağlı yeni m\lumatlar yayılıb.

Demedia.az xəbər verir ki,  nəticə çox təəccüblü bir həqiqəti üzə çıxarıb.

Araşdırmada elmi adı Tullimonstrum gregarium olan canlının sümüksüz bir canlı olduğu qənaətinə gəlinib.

Tully ləqəbli canavarın təbiəti, təxminən 70 il əvvəl kəşf edildikdən sonra elm adamlarının cavab axtardıqları müəmmalı sual olmuşdur. İllər keçdikcə bu canlının ya onurğalı, ya da onurğasız olduğu qənaətinə gəlindi.

Araşdırma aparan paleontoloq Tomoyuki Mikami bu mübahisənin nəhayət ki, sona çatdığını deyir. Tokio Universitetinin tədqiqatçısı və Yaponiya Milli Təbiət və Elm Muzeyinin professoru Tomoyuki Mikami deyir: "Biz inanırıq ki, onun onurğalı və ya onurğasız olmasının sirri açılıb".

Çoxlu dəlillər Tulli canavarının onurğalı olması ilə bağlı fərziyyənin əsassız olduğunu göstərir. Ən vacib məqam, Tully canavarının baş bölgəsində bir seqmentasiyaya sahib olmasıdır. Onurğasızlarla qohumluq əlaqəsini nəzərdə tutan bu xüsusiyyət heç bir onurğalı nəsildə məlum deyil.

Frensis Tullinin şərəfinə adlandırılan bu canlıların uzunluğu 15 santimetrə çata bilir. Quyruqlarında mürəbbəbənzər üzgəcləri və alnındakı çubuq kimi əlavələrdən çıxan gözləri olan Tully canavarının da uzun incə burnundan uzanan dişli ağzı və ya pəncəsi var. Gördüyünüz kimi, təsvirlərində də gördüyünüz kimi, qarşımızda qəribə bir məxluq var.

Aysun / Demedia.az