Dəhşətli CİNAYƏT: 70 yaşlı qadın meyiti paltar şkafından tapıldı



 22:05 03.05.2023     482

Türkiyənin Antalya bölgəsində dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, 2 gündür axtarılan 70 yaşlı qadının cəsədi paltar şkafından çıxıb.

Polis bıçaqlanaraq öldürüldüyü bildirilən yaşlı qadının oğlunun qətldə şübhəli şəxs qismində tutulması üçün işlərə başlayıb.

Oğlu S. S. (49) ilə birlikdə yaşayan yaşlı ana Fatma S.(70) evində ölü tapılıb. Qətldə şübhəli bilinən oğlu yoxa çıxıb.

İddialara görə, 2 gün əvvəl axşam saatlarında S.S. ilə anası Fatma S. arasında şifahi mübahisə olub. Qonşular bildiriblər ki, evdən tez-tez dava səsləri gəldiyi üçün polisə müraciət etməyiblər. Davadan sonra iki gün qadından xəbər ala bilməyən qonşular oğlundan anası haqda soruşduqda “Anam Alanyadan qardaşımın evinə getdi” cavabını alıblar.

Xəbər üzərinə evə gələn polis əməkdaşları qadının cəsədini şkafda tapıblar.

Aysun / Demedia.az