Niyə gecə aclıq hissi yaranır?



 23:09 03.05.2023     533

Gün ərzində nəzarətli şəkildə yemək yeyə bilirsinizsə və gecə soyuducudan çıxa bilmirsinizsə, "gecə yemək pozğunluğu" problemi ilə də qarşılaşa bilərsiniz.

Demedia.az xəbər verir ki, yemək pozğunluqlarından biri olaraq təyin olunan bu vəziyyət, axşam yeməyindən sonra başlayan həddindən artıq yemək istəklərinə, hətta insanın gecə yuxusundan oyanaraq yemək yeməsinə səbəb ola bilər.

Gündəlik qəbul edilən kalorinin yüzdə 56-dan çoxunun adətən axşam saatlarında meydana gəldiyini söyləyən Psixoloq Dr. Feyza Bayraktar gecə yemək pozğunluğu ilə bağlı maraqlı olanlardan danışıb.

Gecə yemək pozğunluğunu xüsusilə axşam yeməyindən sonra və ya gecə yuxudan oyanaraq həddindən artıq yemək istehlakı olaraq təyin edən Psixoloq Dr. Feyza Bayraktar bu yemək pozğunluğunun yuxu problemləri, depressiya və narahatlıqla müşayiət oluna biləcəyini, eyni zamanda kilo almağa və bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb:

“Gecə yemək pozğunluğu olan bəzi insanlar gecə bir neçə dəfə oyanmağa və yemək yeməyə meylli ola bilərlər. Səhər tox oyandıqları üçün günortaya, hətta axşama qədər yemək yeməyə ehtiyac duymurlar".

Aysun / Demedia.az